Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-153/2023 19.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Borclu iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-3895/2017 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)- 3895/2017 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-3895/2017 saylı icra sənədinə əsasən X1, Borclu müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 1134,33 manat əsas borc, 533,86 manat faiz borcu, 206,12 manat cərimə borcu, 21 manat ödənilmiş dövlət rüsumu, cəmi 1895,31 manat tutulmalıdır. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən ünvan 1i ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu bildirdi ki, o, icra məmurunun çağırışlarından yayınmayıb. Ağdaş rayon İcra və Probasiya şöbəsi tərfəfindən onun ünvanına heç bir məktub, bildiriş və s. daxil olmayıb. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunu dinləyib, təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, Borclu icra hərəkətləri barədə məlumatlandırılmasına dair məktubların ona çatıdırılmasını təsdiq edən və Borclu icra sənədinin icrasından yayınmasını təsdiq edən sənədlər işin materiallarına əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Sadalananlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-3895/2017 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-3895/2017 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-153/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-153/2023
19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver