Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-154/2024 30.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katib Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(046)-632/2024-11 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızına məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova məhkəməyə təqdimatla müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)-632/2024- 11 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızına məxsus əmlakın üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 632/2024-11 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızından 50000 manat məbləğində pul vəsaiti və 240 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surət bildirişlə bərabər icra sənədi üzrə borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızının icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızına məxsus olan Ağdaş rayonu, Kükəl kəndində yerləşən 1.7967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri barədə tədbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tuturaq, icra sənədi üzrə borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızının adına olan Ağdaş rayonu, Kükəl kəndində yerləşən 1.7967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, borclunun payına düşən 0.449175 ha hissəsinin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Təqdimata əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-632/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Həmidova (Məmmədova) Mətanət Fəhrad qızından 50000 (əlli min) manat pul alınaraq iddiaçı Tələbkar verilsin. Borclu qiyabi qətnamənin ləğvi üçün 10 gün müddətində məhkəməyə ərizə verilə bilər. Cavabdeh Həmidova (Məmmədova) Mətanət Fəhrad qızından dövlət rüsumu üçün ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində pul alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilsin. Təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********70 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Həmidova (Məmmədova) Mətanət Fəhrad qızının mülkiyyətinə digər üç mülkiyyətçi ilə birlikdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün 1.7967 hektar torpaq sahəsi verilmişdir. Təqdimata əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində verilmiş xx.xx.2024-cü il tarixli, S-32- 12/2-380/2024 nömrəli məktubundan görünür ki, Həmidova (Məmmədova) Mətanət Fəhrad qızı təsərrüfatbaşına uçot kitabına əsasən hal-hazırda Ağdaş rayon Kükəl kəndində qeydiyyatda deyil və Ağdaş rayon Kükəl kəndində yaşamır. Həmidova (Məmmədova) Mətanət Fəhrad qızının Ağdaş rayon Kükəl kəndində ailəsi ilə mülkiyyətlərində ümumi birgə 1.7967 ha pay torpaq sahəsi vardır. Təqdimata əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində verilmiş xx.xx.2024-cü il tarixli, S-32- 12/2-396/2024 nömrəli məktubundan görünür ki, Həmidova (Məmmədova) Mətanət Fəhrad qızı təsərrüfatbaşına uçot kitabına əsasən hal-hazırda Ağdaş rayon Kükəl kəndində qeydiyyatda deyil və Ağdaş rayon Kükəl kəndində yaşamır. Həmidova (Məmmədova) Mətanət Fəhrad qızının Ağdaş rayon Kükəl kəndində ailəsi ilə mülkiyyətlərində ümumi birgə 1.7967 ha pay torpaq sahəsi vardır. Hal-hazırda həmin pay torpaq sahəsindən heç bir təsərrüfat işi ilə məğul olmur. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2- 3774/2024 nömrəli əmlakın üzərində hər hansı əməliyyatların aparılmasının qadağan edilməsi barədə məktubdan görünür ki, daşınmaz əmlak üzərinə həbs və ya qadağa məhkəmənin qərarı, yaxud da qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmuru və ya müstəntiqin qərarı əsasında qyulması bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızının adına olan Ağdaş rayonu, Kükəl kəndində yerləşən 1.7967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, borclunun payına düşən 0.449175 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu Həmidova (Məmmədova) Mətanət Fəhrad qızının adına olan Ağdaş rayonu, Kükəl kəndində yerləşən 1.7967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, borclunun payına düşən 0.449175 ha hissəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-154/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-154/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver