Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-16/2025 11.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 3339/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən X1 və Borclu cəmi 2360,14 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla borc və 31 manat dövlət rüsumu tutularaq Tələbkar ASC -nin xeyrinə ödənilməlidir. Ağdaş rayon Məhkəməsinin 8(014)- 403/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-21074 YÜK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-3339/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə borc restrukzasiya olunmuşdur. Göstərilənlərə əsasən Borclu məxsus “VAZ-21074 YÜK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ-21074 YÜK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-3339/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə borc restrukzasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-3339/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus “VAZ-21074 YÜK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-16/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-16/2025
11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver