Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-162/2024 14.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1792/2024-014 nömrəli, 17 aprel 2024-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1792/2024-014 nömrəli, 17 aprel 2024-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e- 2(011)-1792/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 16000 manat məbləğində pul vəsaiti və 140 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına iştirakları olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini bildirərək təqdimatın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin e-2(011)-1792/2024 nömrəli, 17 aprel 2024-ci il tarixli icra vərəqəsinə əsasən “Ford Transit” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə ödənilmiş 15500 manat pul vəsaiti, 500 manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti və ödənilmiş 140 manat dövlət rüsumu Borclu tutularaq Tələbkar ödənilsin. Təqdimata əlavə edilmiş 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Bakı şəhəri, Xətai rayon Məhkəməsinin e-2(011)-1792/2024-014 nömrəli, 17 aprel 2024-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 08 avqust 2024-cü il tarixli, e236434/2024-71-6-002 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən 01 oktyabr 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin e-2(011)-1792/2024-014 nömrəli, 17 aprel 2024-ci il tarixli icra sənədi üzrə ünvan 1i ünvanında yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-162/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-162/2024
14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver