Məhkəmə qərarları › İş №8(014)-163/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-163/2023

09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-163/2023 09.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 760/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2003-cü ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılması üçün X2 xeyrinə hər ay hər bir uşaq üçün 75 manat aliment tutulmalıdır. Qeyd olunan məbləğin ödənilməsi ilə bağlı borclu Ağdaş Rayon Məhkəməsinin 8(014)-136/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 2.2769 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.569225 hektar hissəsinin üzərinə həbs qoyulmuşdur. Tərəflərindən xx.xx.2023-cü il tarixdə Borclu məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 2.2769 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.569225 hektar hissəsi satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Hərrac keçirilmiş Borclu məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 2.2769 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.569225 hektar hissəsi "xxxx" MMC-də əmlakın satılmış son qiyməti üzrə 1425 manata qalib alıcı X6 tərəfindən alınmışdır. Göstərilənlərə əsasən Borclu məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 2.2769 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.569225 hektar hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 2.2769 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.569225 hektar hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC-nin Hərracın yekunları barədə 67/1 nömrəli protokolun surətindən görünür ki, Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 2.2769 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu məxsus 0.569225 hektar hissəsi 1425 manat dəyərində X1. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 2.2769 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.569225 hektar hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar