Məhkəmə qərarları › İş №8(014)-168/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-168/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-168/2025 19.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 13 yanvar 2025-ci il tarixli qərarla icraata başladığı Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1973-cü ildə anadan olmuş və ünvan 1ində qeydiyyatda olan və yaşayan Borclu 6300 manat məbləğində pul vəsaiti və 83 manat dövlət rüsumu tutularaq Tələbkar Hüseynovna qızının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 14 noyabr 2024-cü il tarixində Ağdaş rayon icra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyati təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu qızından 15000 manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilsin. Təqdimata əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(014)- 1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1973-cü il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Tələbin könüllü icrası haqqında 14 yanvar 2025-ci il tarixli, № e375864/2024-71-7- 004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Portaldan əldə olunmuş məlumatdan görünür ki, Borclu aid heç bir əmlak aşkar olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gülşən Heydərovanın təqdimatı təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Ağdaş rayonu, Birinci Aral kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar