Məhkəmə qərarları › İş №8(014)-170/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-170/2025

04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-170/2025 04.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Tələbkar, Maraqlı şəxs icra məmuru X2 iştirakları ilə, Tələbkar Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs icra məmuru Mahir Abbasovun 06 dekabr 2022-ci il tarixli qərarının ləğvinə dair ərizəsinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs icra məmuru Mahir Abbasovun 06 dekabr 2022-ci il tarixli qərarının ləğvinə dair ərizə verərək, Maraqlı şəxs icra məmuru X11 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-46/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-46/2022 saylı icra sənədinin icra edilməsi üçün Maraqlı şəxsnə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, qətnamə icra olunduqdan sonra beş ildir Məhəbbət xanım suyun qarşısını bağlamışdır. Onlar bələdiyyəyə və polisə məlumat vermişlər, lakin qətnamə icra olunmamışdır. Həmin su yolundan gılın su ilı o, əkini suvarır, içmək üçün istifadə edir. İcra məmurunun qərarını ləğv edərək qətnamənin yenidən icraya yönəldilməsini xahiş edir. Maraqlı şəxs icra məmuru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflərindən su yolu açılmış, icra məmuru tərəfindən icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra Su yolu yenidən bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, o, bələdiyyə sədrinin müavini vəzifəsində işləyir. İsmayıl və Məhəbbət xanımı kənd sakinləri kimi tanıyır. İsmayılın xahişi əsasında həmin əraziyə gedib Məhəbbət xanım ilə söhbət aparmış, o, həmin suyun onun barısına ziyan vurduğunu bildirib, heç vaxt su yolunu açmayacağını demişdir. O, bu barədə məhkəmə qətnaməsi olduğunu bildirsə də Məhəmməd xanım suyun qarşısı kəsib, su verməyəcəyini bildirmişdir. Onlara müxtəlif təkliflər etmişdir və onlara hər şeyi izah etsə də Məhəbbət xanım suyu verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, o, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşıdır, həmin kəndin sahə rəisidir. İsmayıl və Məhəbbəti kənd sakini tanıyır. İsmayıl su yolunun açılması ilə bağlı müraciət etmiş, o, əraziyə getdikdə suyun qarşısının bağlı olduğunu görmüşdür. Hər iki tərəflə söhbət aparılsa da heç bir nəticə əldə olunmamış, su yolu açılmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsi ilə cavabdehlər Borclu2 və Borclu1 tərəfindən ƏMDK yanında DƏDRX-nin 04 iyul 2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışı ilə X1 xüsusi mülkiyyətinə verilmiş 0.1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yoluna yaradılmış süni maneələrin aradan qaldırılması və su yolunun açılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş və sözü gedən su yolu açılmışdır. Bundan sonra icra məmuru tərəfindən icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Lakin sonradan cavabdehlər yenidən həmin su yolunu bağlamışlar. Tələbkar bu barədə kənd Bələdiyyəsinə, polis sahə rəisinə, eyni zamanda Maraqlı şəxsnə məlumat vermişdir. Həmin şəxslər cavabdehlərə müvafiq yolu açmasını bildirsələr də su yolu açılmamışdır. Müvafiq icra sənədi üzrə icraata xitam verildiyindən, məcburi icra tədbiri görmək mümkün olmur. Hazırda Tələbkar “icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Maddənin mənasından və mahiyyətindən görünür ki, icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə qaytarılır və həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Buna görə də məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmuru Mahir Abbasovun icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-46/2022 saylı icra sənədi icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs icra məmuru Mahir Abbasovun icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-46/2022 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Maraqlı şəxsnə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar