Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-176/2025 14.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-299/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-299/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli İş 2(014)-299/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği 2025-ci il tarixində təsdiq olunmuş minimum əmək haqqına (400 manata) münasibətdə 0.80% indeksasiya edilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-299/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Borclu ilə X4 arasında 25 noyabr 2020-ci il tarixdə Ağdaş rayon İHB-nin Korarx kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 27 iyun 2021-ci il təvəllüdlü X5 anası X1 yanında saxlanılması, iddiaçı Borclu 12 fevral 2024-cü il tarixdən başlayaraq 27 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmsı üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 verilməsi qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Borclu ilə xx.xx.2020-ci il tarixində ailə qurub evlənmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 adında övladları dünyaya gəlmişdir. Qızı onun himayəsindədir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(014)-299/2024 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qızı üçün 150 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Bu alimentlə uşağı saxlamaq çox çətindir. Borclu fərdi əməklə məşğuldur.Uşağı saxlamaq üçün normal aliment ödəmir. Halbuki buna hər cür imkanı vardır. Ona görə də alimentin əvvəlki səviyyəsinin indeksləşdirilməsinin yəni, hazırki minimum əmək haqqının 0.80% həddində indeksasiya edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar qeyd edilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizəyə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Borclu qarşı “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair” ərizə ilə müraciət etsə də, ərizədə Borclu olduğu halda maraqlı şəxs qismində qeyd edilmiş, maraqlı şəxs haqqında heç bir məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-299/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə və ərizəyə əlavə edilmiş sənədlər Tələbkar geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-176/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-176/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver