Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-18/2025 10.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(014)-3943/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli icra sənədinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Məhkəməsinin 2(014)-3943/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2(014)- 3943/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli icra sənədinə əsasən Borcludan 553.7 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar İB-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ-2106 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan VAZ-2106 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş icra vərəqəsinə əsasən xx.xx.1979-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu, Aşağı Ləki kəndində Borclu Tələbkar xeyrinə 553.70 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumu, xidmət haqqı 0.40 qəpik, cəmi 574.10 manat tutulması nəzərdə tutulmuşdur. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus olan VAZ-2106 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, icraata xitam verilməsi haqqında qərarından görünür ki, İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün, Ağdaş rayon Məhkəməsinin 2(014)-3943/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5/218 saylı məktubdan görünür ki, Ağdaş rayon məhkəməsinin 2(014)-3943/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli məhkəmə əmrinin icrası tam olaraq təmin edildiyi üçün Borclu məxsus olan VAZ-2106 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair xx.xx.2025-ci il tarixli təqdimatın baxılmamış geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu tərəfindən borc tam şəkildə ödənilmişdir və icra sənədinə xitam verilmişdir. Bu səbəbdən, icra sənədi üzrə icra hərəkətlərinin aparılması və borclunun əmlakının üzərinə həbs qoyulması qanuna ziddir, ona görə də təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-3943/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan VAZ-2106 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulmasına dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-18/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-18/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver