Məhkəmə qərarları › İş №8(014)-182/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-182/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-182/2024 28.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Notariat Kontorunun 8İ-4733 nömrəli, 21 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Borclu qzının məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Rayon Notariat Kontorunun 8İ-4733 nömrəli, 21 iyul 2024-cü il tarixli tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Kontorunun 8İ-4733 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2112.75 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətirilməsinə dair qərar qəbul edilməsi olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, Borclu məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatına açıq məhkəmə iclasında baxılması xx.xx.2024-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Lakin üzürlü səbəblərdən qeyd edilən tarixdə məhkəmə iclasında iştrak edə bilmədiklərini, qeyd edilənləri nəzərə alaraq təyin edilmiş məhkəmə iclasının onların iştrakı olmadan keçirilməsini və Borclu məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatını təmin edilməsini xahiş etmişlər. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Notariat Kontorunun 8İ-4733 nömrəli, 21 iyul 2024-ci il tarixli icra qeydinə əsasən Borclu 0084072AZN17671 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 1490 manat 31 qəpik pul tutulsun. Bundan əlavə təklif edilir ki, Borclu 622 manat 44 qəpik (altı yüz iyirmi iki manat, qırx dörd qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğndə dövlət rüsumu (haqq) olmaqla, cəmi 2135 manat 75 qəpik (iki min bir yüz otuz beş manat, yetmiş beş qəpik) manat pul tutulsun. Təqdimata əlavə edilmiş 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Ağdaş Rayon Notariat Kontorunun 8İ-4733 nömrəli, 21 iyul 2024-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 01 avqust 2024-cü il tarixli, e224968/2024-71-6-002 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən 14 oktyabr 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Notariat Kontorunun 8İ-4733 nömrəli, 21 iyul 2024-ci il tarixli icra sənədi üzrə ünvan 1i ünvanında yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar