Məhkəmə qərarları › İş №8(014)-184/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-184/2022

30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-184/2022 30.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)-983/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1976-ci ildə anadan olmuş və Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Ağdaş Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini rəhbər tutaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işi Ağdaş Rayon Məhkəməsinin 2(076)-983/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(076)-983/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 28 fevral 2003cü ildə anadan olmuş X3 və 04 yanvar 2008-ci ildə anadan olmuş X2 anaları X1 yanında saxlanılmaları, Borclu 17 iyun 2020-ci il tarixdən başlayaraq 28 fevral 2003-cü ildə anadan olmuş X3 və 04 yanvar 2008-ci ildə anadan olmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 130 manat cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra vərəqəsi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra şöbəsinin icra məmuru Ramin Abbasovun xx.xx.2020-ci il tarixli qərarı ilə icraata başlanılmış, qərarın surəti və bildiriş icra sənədi üzrə Borclu göndərilmişdir. lakin Borclu borcunu ödəməmiş, borcun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi üçün müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin Borclu adına borcun yönəldilə bilinəcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamələr könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işi üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-983/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar