Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-188/2023 07.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun Tələbkar Ağdaş Rayon Məhkəməsinin 2(014)-1521/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbdən imtinası qəbul olunmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov təqdimatla məhkəməyə müraciət edərək, Tələbkar Ağdaş Rayon Məhkəməsinin 2(014)-1521/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbdən imtinasının qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov təqdimatı belə əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1521/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci tarixli, 20 saylı qərarına əsasən JN183, KOD90318048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağdaş rayonu, Tofiqi kənd ərazisində iddiaçıların mülkiyyətinə verilmiş 2.7766 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə cavabdeh tərəfindən zəbt edilmiş və giriş hissədən bağlanmış torpaq sahələrinə gedişgəliş üçün zəruri olan yol X1 tərəfindən bərpa edilməli, həmin gediş-gəliş yolundan sərbəst istifadə olunması ilə əlaqədar X1 tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulmalıdır. Tələbkar xx.xx.2022-ci il tarixli ərizə ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, Ağdaş rayon məhkəməsinin 2(014)-1521/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmiş və icra sənədi üzrə heç bir iddia tələbinin olmadığını bildirmişdir. Buna görə də 4/10370 saylı icra işi üzrə Tələbkar Ağdaş rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(014)-1521/2020 saylı mülki iş üzrə qətnamənin icrasına xitam verilməsi, icra sənədinin icrası ilə əlaqədar olaraq heç bir iddia və tələbinin olmaması barədə tələbkarın tələbindən imtinasının qəbul olunması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, icra məmuru, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1521/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci tarixli, 20 saylı qərarına əsasən JN183, KOD90318048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağdaş rayonu, Tofiqi kənd ərazisində iddiaçıların mülkiyyətinə verilmiş 2.7766 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş və giriş hissədən bağlanmış torpaq sahələrinə gediş-gəliş üçün zəruri olan yol X1 tərəfindən bərpa edilsin, həmin gediş-gəliş yolundan sərbəst istifadə olunması ilə əlaqədar X1 tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulmalıdır. İş materiallarında olan Tələbkar ərizəsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(014)-1521/2020 saylı ica vərəqəsinin icraatına xitam verilməsini xahiş etmiş və icra sənədi üzrə heç bir iddia və tələbinin olmadığını, buna görə də Ağdaş Rayon Məhkəməsinin 2(014)-1521/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir: 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. Tələbkar Ağdaş Rayon Məhkəməsinin 2(014)-1521/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbdən imtinası qəbul olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-188/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-188/2023
07.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver