Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-188/2025 14.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1581/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 964,10 manat və 30 manat dövlət rüsum tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Ağdaş rayon Məhkəməsinin 8 (014)-279/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-21074 MİNİK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədində qeyd olunnan tələbi təmin etmisdir.Göstərilənlərə əsasən Borclu məxsus “VAZ-21074 MİNİK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahhiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2017-cı il tarixli, 2(014)-2599/2017 saylı icra vərəqəsinə əsasən Borclu 746 manat əsas borc, 218.10 manat faiz borcu olmaqla cəmi 964,10 manat və 30 manat dövlət rüsum tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ-21074 MİNİK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan qəbzlərdən görünür ki, Borclu Cəmiyyətin hesabına ödəniş etmişdir və hal-hazırda Cəmiyyətə icra vərəqəsi üzrə borcu yoxdur. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1581/2021 saylı xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus “VAZ-21074 MİNİK” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-188/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-188/2025
14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver