Məhkəmə qərarları › İş №8(014)-19/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-19/2024

05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-19/2024 05.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1816/2016 saylı 03 iyun 2016-cı il tarixli məhkəmə əmrinə əsasən cəmi 624.91 manat X1 və Borclu alınaraq Tələbkar-yə ödənilməlidir. Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 8(014)-1492/2016 saylı qərardadı ilə Borclu məxsus “VAZ-21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli, 2(014)-1816/2016 saylı icra sənədi üzrə borc tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “VAZ 21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş olunur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1816/2016 saylı 03 iyun 2016-cı il tarixli məhkəmə əmrinə əsasən əsas kredit borcu 582.91 manat, faiz borcu 22 manat, cəmi 604.91 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu, xx.xx.1983-cü ildə Ağdaş rayonunda doğulmuş, Ağdaş rayonu Pirəyir kəndində qeydiyyatda olan X1 və xx.xx.1967-ci ildə Ağdaş şəhərində doğulmuş, Ağdaş şəhəri, F.Səfərov küçəsi-1/18-də qeydiyyatda olan Borclu alınaraq Tələbkar-yə ödənilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 8(014)-1492/2016 saylı qərardadından görünür ki, Borclu məxsus “VAZ-21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar-nin 12 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(014)-1816/2016 saylı məhkəmə əmri üzrə borc tam olaraq ödənilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(014)-1816/2016 saylı icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək və icra sənədinə xitam verilməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ 21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. 2.Borclu məxsus “VAZ 21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. 3.Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 4.Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar