Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-2/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin 2(014)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Məhkəməsinin 2(014)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3500 manat məbləğində pul vəsaiti və 55 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Beləliklə “Elektron İcra İnformasiya” Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan **********40 reyestr nömrəli torpaq sahəsindən ona məxsus olan 0.56 sot torpaq sahəsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus olan 0.56 sot torpaq sahəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 3500 (üç min beş yüz) manat borc və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Tələbkar verilsin. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus **********40 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli 0,50 hektar torpaq sahəsi vardır. Təqdimata əlavə edilmiş 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 02 aprel 2024-cü il tarixli, 106234/2024-71-6-004 nömrəli bildirişdən görünür ki, Borclu icra vərəqəsini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Aşağı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-32-12/2-23/2025 nömrəli məktubdan görünür ki, Borclu Aşağı Ləki kəndində ərazisində olan torpağı 10 (on) qabaq Aşağı Ləki kənd sakini X1. Hal-hazırda həmin torpaq X4 tərəfindən istifadə olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus **********40 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli 0,50 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus **********40 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli 0,50 hektar torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-2/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-2/2025
23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver