Məhkəmə qərarları › İş №8(014)-20/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-20/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-20/2024 22.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, X1, Tələbkar iştirakları ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-30/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-30/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək, onun, yəni cavabdeh X4 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin 50%-i miqdarında alimentin tutularaq 07 yanvar 2018-ci il tarixdə doğulmuş X5 18 yaşma çatana kimi saxlanılması üçün iddiaçı Tələbkar ödənilməsi, cavabdeh X4 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin yerdə qalan 50%-i miqdarında aliment hissəsinin isə X5 18 yaşına çatana kimi onun adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-30/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə X3 xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməyə uyğun olaraq, X6 tərəfindən hər ay Tələbkar hesabına ortalama 1484,14 manat aliment məbləği ödənilir. Həmçinin başqa gəlir olaraq bonuslar, əlavə iş saatına görə gəlirlər və hər il olan maaş artımlarına əsasən, aylıq aliment məbləği qeyd ediləndən daha artıq ödənilir. "Ağdaş rayon Mərkəzi Xəstəxanası" X11ndən verilmiş 28 dekabr 2023-cü il tarixli, № 18-1-22/3-2736/2023 saylı arayışdan görünür ki, X5 hər hansı bir xəstəliyi yoxdur. Əlavə olaraq X7 tərəfindən "А-Group" sığorta şirkətində 50000 (əlli min) manat dəyərində sığorta məbləği ilə tibbi sığorta edilmişdir. Ağdaş rayon Dovudlu kənd M.Müzəffərov adına ümumi orta məktəbindən verilmiş arayışa əsasən, X7 həmin məktəbdə təhsil alır və əlavə təhsil xərci yoxdur. Qeyd edilənlər nəzərə alınsa, aliment məbləğinin uşaqlar üçün yaşayış minimumu olan 220 manatdan əlavə olan hissəsinin uşağın zəruri ehtiyaclarına xərclənib-xərclənməməsini borclu tərəfindən müəyyənləşdirməsi mümkün deyildir. Uşağın mənafeyi hər kəsin mənafeyindən üstündür, uşaqlar barəsində istənilən tədbir görülərkən əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəlməlidir. Bunu həm beynəlxalq, həm də milli qanunvericilik tələb edir. Uşağın mənfeyinin daha yaxşı təmin edilməsi üçün sərəncamına aliment daxil olan valideyn alimenti tam olaraq uşağın mənafeyi üçün xərclədiyini təsdiq edən sübutları təqdim etməlidir. Bununla bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixində müraciət edilmiş, lakin həmin məktub bu günə qədər cavabsız olaraq qalmaqdadır. Əgər sərəncamına aliment daxil olan valideyn belə sübutlar təqdim edə bilmirsə, deməli, aliment tam olaraq təyinatı üzrə xərclənmir. Aylıq minimum 1484,14 manat məbləğində aliment nəinki azyaşlı bir uşağın, ümumiyyətlə bütöv bir ailənin aylıq saxlanmasına kifayət edəcək bir rəqəmdir. Və istisna deyildir ki, qarşı tərəf həmin məbləği uşaqla yanaşı özünə və hətta digər ailə üzvlərinin şəxsi ehtiyaclarına xərcləyir. Bu isə uşağın qanunla qorunan hüquq və mənafelərinin kobud pozulması və istismarı kimi qiymətləndirilir. Belə olan halda hesab edir ki, məhkəmə uşağın mənafeyini müdafiə etməli və alimentin 50 faizdən çox olmayan məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında X2 ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, uşağın altı yaşı var. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin altı yaşlı uşaq üçün olduqca yüksəkdir. Belə ki, uşaq kənd məktəbində oxuyur və o yaşda uşaq üçün əlavə xərc tələb edəcək hər hansı bir əlavə təhsil və ya marifləndirici məşğuliyyəti yoxdur. Düşünür ki, həmin vəsait uşaqla yanaşı, tələbkarın ailə üzvlərinin ehtiyaclarının qarşılaşmasına da xərclənir. Həmçinin uşağın hər hansı bir xəstəliyi yoxdur və uşaq sığortalanmışdır. Bundan başqa uşaqla görüşməsi üçün tələbkar tərəfindən maneələr yaradılır və o, uşağını istədiyi vaxt görə bilmir. Sözü gedən tələbin, yəni uşağın adına açılmış bank hesabında toplanmış vəsaitin gələcəkdə uşağın təhsili və özünün arzuladığı kimi xərcləməsinin təmini olacaqdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, özü orta məktəbdə riyaziyyatinformatika müəllimi işləyir. Uşaq da həmin məktəbdə təhsil alır. Məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş alimentin müəyyən hissəsi uşağın xərcləri üçün xərclənir. Qalan vəsait isə uşağın gələcəkdə əlavə xərclərinin təmin edilməsi məqsədi ilə kart hesabında saxlayır. Həmin məbləğdən ailə üzvlərinə xərcləmir. Uşağın tələbatının qarşılanması üçün daha çox öz əmək haqqısından istifadə edir. Uşaq həftənin beş günü dərsə gedir, dərsdən gəldikdən sonra müəyyən vaxt istirahət edir, sonra dərsləri ilə məşğul olur. Həftənin altıncı günü istirahət edir, oyunlar oynayır, cizgi filmi izləyir. Bazar günləri isə parka gedir və ya evdə özünə məşğuliyyət tapır. Uşaq atası ilə görüşmür. Uşaq sağlamdır. Hər hansı xəstəliyi yoxdur. Uşaq atası ilə görüşmür. Ərizənin təmin edilməsinə etirazı yoxdur və məhkəməninin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli, 18-1-22/3-2736/2023 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kənd sakini, 7 avqust 1983-cü il təvəllüdlü X4 övladı 7 yanvar 2018-ci il təvəllüdlü X7 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X12 1 noyabr 2023-cü il tarixdə “Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə”dən arayış almaq üçün keçmişdir. İşin materiallarında olan A Qroup Sığorta Şiurkətinin məlumat vərəqindən görünür ki, X7 01 dekabr 2023-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək sığortalanmış, sığorta məbləği 50000 manat müəyyən edilmiş və 14788 saylı şəhadətnamə verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Dovudlu kənd M.Müzəffərov adına ümumi orta məktəbi tərəfindən verilmiş54 saylı arayışdan görünür ki, X7 hal-hazırda Ağdaş rayon Dovudlu kənd M.Müzəffərov adına ümumi orta məktəbində məktəbə hazırlıq qrupunda təhsil alır. İşin materiallarında olan BP Exploration (Caspian Sea) Ltd. Şirkəti tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X6 9 mart 2010-cü il tarixdən bu günədək BP Exploration (Caspian Sea) Ltd. Şirkətidə işləyir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin № 1/2107 saylı 25 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Anar Məmmədovun aylıq qazancından aliment tutulmaları aparılmış və Tələbkar bank hesabına köçürülmüşdür. Anar Məmmədovun aylıq qazancından və başqa gəlirlərindən aparılan aliment tutulmasının miqdarı 2023-cü ilin oktyabr ayında 25 % olmaqla 1484,14 manat, 2023-cü ilin noyabr ayında 25 % olmaqla 1484,14 manat, 2023-cü ilin dekabr ayında 25 % olmaqla 1518,44 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 30/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən X3 xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qətnaməsinin icrası ilə əlaqədar X1 əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsi tutularaq Tələbkar bank heabına köçürülür. Köçürülən məbləğ isə 1400-1500 manat olduğu iş materialları və prosses iştirakçılarının izahatları ilə öz təsdiqini tapır. Uşağın altı yaşının olması nəzərə alınaraq ödənilən aliment məbləğinin altı yaşlı bir uşaq üçün daha yüksək məbləğ olması, və vəsaitin bütövlükdə uşağın ehtiyacları üçün xərclənməsi ağlabatan deyil. Lakin borclunun əmək haqqısının və başqa gəlirlərinin 50 %-nin uşağın ehtiyaclarının qarşılanması üçün tələbkara verilməsi və qalan 50 %-nin isə uşağın adına bank hesabı açılaraq həmin hesaba köçürülərək həmin toplanmış məbləğin gələcəkdə uşağın təhsili və ya öz məqsədləri üçün istifadə etməsi daha məqsədə uyğundur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələblərinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Bu daha çox icra sənədində göstərilən tələblərin orada göstərilən üsul və qaydada icrasının mümkün olmadığı hallara aiddir. Həmçinin, belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar (məsələn, borclunun davranışı və s.) qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq, borclu qətnaməni könüllü icra etmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə, isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tələbkar uşaqın xərclərinin qarşılanması üçün öz əmək haqqısından xərclədiyini, eyni zamanda borclu tərəfindən ödənilən alimentin məbləğinin bir hissəsinin istifadə edildiyini, qalan hissəsinin isə bank hesabında toplandığını bildirsə də, bu barədə də iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə qəzet və jurnalların satışı, sərnişin və yük daşıma, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, mebellərin təmiri və hazırlanması ilə bağlı və sair fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul hesablaşmaları nəzarətkassa aparatları vasitəsilə həyata keçirilməlidir (maddə 16.1.8.). Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilir (maddə 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur. Buna görə də, Məhkəmə hesab edir ki, tələbkarın bu günə qədər aldığı alimenti uşaqların təhsilinə, yeməyinə, yolnəqliyyat xərclərinə, istirahətinə, sağlamlığının qorunması üçün tələb olunan hamılıqla qəbul edilmiş reallıqda olan digər xərclərə xərcləməsi faktı ödəniş qəbzləri ilə təsdiq olunmalıdır. Qüvvədə olan mülki prosessual hüquq normasının tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (MPM; maddə 77.1), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddə 14.2). Məhkəmə hazırkı halda uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq hesab edir ki, tələbkarın bu günə qədər aldığı, sözügedən alimentin bütün məbləğini (məsələn: 2023- cü ilin müvafiq olaraq oktyabr, noyabr ayları üzrə 1484,14 manat, dekabr ayı üzrə 1518,44 manatın hamısının) uşağın təhsilinə, yeməyinə, yol-nəqliyyat xərclərinə, istirahətinə, sağlamlığının qorunması üçün tələb olunan hamılıqla qəbul edilmiş reallıqda olan digər xərclərə xərcləməsi faktı tələbkar tərəfindən sübuta yetirilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ödənilən alimentin 1/4 hissəsinin yarısı uşağın adına olan bank hesabına mədaxil edildiyi halda yerdə qalan məbləğ uşağın normal təminatı üçün kifayət qədərdir və bu məbləğ 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumundan yuxarı məbləğdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 30/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə X2ndan 07 yanvar 2018-ci il tarixdə doğulmuş X5 18 yaşına çatana kimi saxlanılması qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin 50 faizi 07 yanvar 2018-ci il tarixdə doğulmuş X5 adına bankda açılmış hesaba köçürülsün və həmin alimentin qalan 50 faizi hissəsi X2ndan tutularaq Tələbkar sərəncamına verilməsi davam etdirilsin. Borc bu qaydada ödənilmədikdə icra məmuru tərəfindən borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülsün. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar