Məhkəmə qərarları › İş №8(014)-201/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-201/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-201/2025 28.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(014)-1447/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin şöbəsinin icra məmuru Gülşən Heydərova məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(014)-1447/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1447/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 172,9 manat borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın sürəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Ağdaş rayonu, Pirəzə Ərazi Dairəsi ünvanına göndərilmişdir. Borclu icraata başalamq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən coxsaylı xəbərdalıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84,2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1447/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 172,9 manat borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin icra məmuru Gülşən Heydərova tərəfindən Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(014)-1447/2023 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra şöbəsinin icra məmuru Gülşən Heydərova tərəfindən xx.xx.2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərovanın Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(014)-1447/2023 saylı icra sənədi üzrə ünvan 2i ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar