Məhkəmə qərarları › İş №8(014)-202/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-202/2024

02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-202/2024 02.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin e- 2(014)-351/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin e- 2(014)-351/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 351/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1273,90 manat borc və 34,44 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 21 avqust 2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin üzürlü səbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin e-2(014)-351/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu 04 may 2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1255,90 manat əsas borc, 18 manat cərimə olmaqla, cəmi 1273,90 manat məbləğində borc və 34,44 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Tələbkarnə verilməlidir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Ağdaş Rayon Məhkəməsinin e-2(014)-351/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli icra sənədinə əsasən icraat başlanılmışdır. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli, 153140 nömrəli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən 19 noyabr 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə, hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin e-2(014)-351/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar