Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-203/2022 13.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Uldiuzə Mütəllim qızının katibliyi X1 iştirakı ilə X2 Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(014)-636/2022 saylı qətnaməsi üzrə olan borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(014)-636/2022 saylı qətnaməsi icra vərəqəsi üzrə borclu X8 ərizə ilə məhkəməyə müraciət edərək qətnamə üzrə olan 1798.15 AZN borcun hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, Ağdaş rayon İcra və Probasiya şöbəsi Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(014)-636/2022 saylı icra vərəqəsi üzrə olan borcu ödəməsini ondan tələb edir, o qətnamənin icrasından boyun qaçırmır, lakin həmin məbləği birdəfəlik ödəmək imkanı yoxdur, belə ki, heç biri heç yerdə işləmir, heç bir gəlir mənbəyi, yəni sabit gəliri və əməkhaqqısı yoxdur, əmlak vəziyyəti yaxşı deyil, qətnamə üzrə tələb olunan məbləği ayda 10 manat olmaqla hissə-hissə ödəyə bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(014)-636/2022 saylı icra vərəqəsi üzrə olan 1798.15 AZN və və dövlət rüsumu olaraq ödənilmiş 38.39 AZN borcun hər ayda 10 (on) manat ödənilməklə hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Məhkəmə X3nu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra sənədi üzrə tələbkar "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(014)-636/2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X7 qarşı borcun tutulması tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X4 əsas məbləğ üzrə 1791.78 AZN əsas, 6.37 AZN faiz, 0 AZN cərimə və 0 manat komisyon haqqı, cəmi 1798.15 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 38.39 AZN məbləğində vəsaitin alınaraq "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Ağdaş rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, X3 bugünədək tələb olunan borcdan tələbkara heç bir ödəniş etməmiş, icra məmuru tərəfindən icra vərəqəsinin icrası ilə bağlı görülməli olan tədbirlər tam olaraq görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(014)-636/2022-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, qətnamə üzrə olan borcun hissə-hissə ödənilməsinə heç bir münasibət bildirməmişdir, qətnamə üzrə olan borcun hissə-hissə ödənilməsi məsələsi həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır, yəni 1791.78 AZN əsas, 6.37 AZN faiz, 0 AZN cərimə və 0 manat komissyon haqqı, cəmi 1798.15 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 38.39 AZN məbləğində vəsaitin borclu tərəfindən ayda 10 (on) manat ödənilməklə hissə-hissə icra edilməsi üçün on ildən çox vaxt lazımdır ki, bu da tələbkarın mənafeyinə ziddir, odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(014)-636/2022-ci il tarixli icra vərəqəsi üzrə olan 1791.78 AZN əsas, 6.37 AZN faiz, 0 AZN cərimə və 0 manat komissyon haqqı, cəmi 1798.15 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 38.39 AZN məbləğində vəsaitin borclu tərəfindən ayda 10 (on) manat ödənilməklə hissə-hissə icra edilməsinə dair ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-203/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-203/2022
13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver