Məhkəmə qərarları › İş №8(014)-204/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-204/2023

03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-204/2023 03.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Notariat Ofisinin 8i-5423 saylı xx.xx.2022-ci il tarixli və 8i-5424 saylı xx.xx.2022-ci il tarixli icra qeydlərinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək 4/156779, 4/156780 saylı icra işi üzrə Ağdaş Rayon Notariat Ofisinin 8i-5423 saylı xx.xx.2022-ci il tarixli və 8i-5424 saylı xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə ünvan 1ində yaşayan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Notariat Ofisinin 8i-5423 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Borclu cəmi 3040,10 manat, Ağdaş Rayon Notariat Ofisinin 8i-5424 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Borclu cəmi 6901,31 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı Ağdaş Rayon Notariat Ofisinin 8i-5423 saylı xx.xx.2022-ci il tarixli və 8i-5424 saylı xx.xx.2022-ci il tarixli icra qeydləri könüllü icra edilmədiyi üçün verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi qanunvericilikdə icra qeydlərinin icra olunmamasına görə borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulmamışdır. Sadalananlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Notariat Ofisinin 8i-5423 saylı xx.xx.2022-ci il tarixli və 8i-5424 saylı xx.xx.2022-ci il tarixli icra qeydlərinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Notariat Ofisinin 8i-5423 saylı xx.xx.2022-ci il tarixli və 8i-5424 saylı xx.xx.2022-ci il tarixli icra qeydlərinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar