Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-208/2023 03.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, e-2(014)-390/2023 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, e-2(014)- 390/2023 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, e-2(014)-390/2023 saylı icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “HP” markalı kompüter üçün 1371,60 (min üç yüz yetmiş bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “İmei Kodu **********44211) “X4 10 Lite” markalı telefon üçün 534 (beş yüz otuz dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 1930.60 (min doqquz yüz otuz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti və 40.96 (qırx manat, doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Elektron İcra Sistemində Borclu məxsus **-RP-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA MİNİK” markalı avtmobil aşkar edilmişdir. Qeyd olunanlara əsasən borclu X1 məxsus **-FD-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA MİNİK” markalı avtmobilin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Tələbkarın nümayəndəsi poçt vasitəsi ilə teleqram vuraraq, təqdimata nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuruna və borcluya məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, e-2(014)-390/2023 saylı icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “HP” markalı kompüter üçün 1371,60 (min üç yüz ytmiş bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “İmei Kodu **********44211) “X4 10 Lite” markalı telefon üçün 534 (beş yüz otuz dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 1930.60 (min doqquz yüz otuz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti və 40.96 (qırx manat, doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus **-RP-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA MİNİK” markalı avtomobil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu X2 məxsus **-RP-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA MİNİK” markalı avtmobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus **-RP-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA MİNİK” markalı avtmobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-208/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-208/2023
03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver