Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-209/2024 29.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin rəisi X2 Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2-2(107)-88/2024-003 saylı icra sənədinə əsasən Borclu əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2-2(107)-88/2024-003 saylı icra sənədinə əsasən Borclu əmlakının üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin e-2-2(107)- 88/2024-003 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən, Borclu 2962.84 manat məbləğində pul vəsaiti və 3.25 manat dövlət rüsumu tutularaq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü olaraq icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu adına Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 3.5169 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tədbiq edilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsi rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin e-2-2(107)-88/2024 nömrəli, 13 avqust 2024-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2018-ci il tarixli 0078 nömrəli diller müqaviləsi üzrə yaranmış 2962.84 manat əsas borc tutulub Tələbkar QSCyə ödənilsin. Təqdimata əlavə edilmiş 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin e-2- 2(107)-88/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 22 avqust 2024-cü il tarixli, e251471/2024-71-5-003 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin; 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.3-cü maddəsinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göstərilən hüquq normaları nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakın üzərinə həbsin qoyulması həmin işə də işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Hazırki iş üzrə işə mahiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsində baxıldığından borclunun əmlakın üzərinə həbsin qoyulmasına dair təqdimata da həmin məhkəmə tərəfindən baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 151.1.9-cu, 263- 264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2-2(107)-88/2024 saylı icra sənədi üzrə Borclu əmlakının üzərinə həbsin qoyulması barədə təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-209/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-209/2024
29.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver