Məhkəmə qərarları › İş №8(014)-21/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-21/2024

19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-21/2024 19.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 Rayon Məhkəməsinin 2- 879/2021 saylı icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 2-879/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2-879/2021 saylı, 14 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat tutulub xx.xx.2016-cı ildə andan olan Nuray və xx.xx.2018-ci ildə andan olmuş Vahid adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməlidir. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra vərəqəsi üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-879/2021 saylı icra vərəqəsi üzrə Ağdaş rayonunun Ağzıbir kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-879/2021 saylı icra vərəqəsinə əsasən Ağdaş rayonunun Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan Borclu 04 may 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat tutulub 13 dekabr 2016-cı ildə anadan olan Nuray və 18 aprel 2018-ci ildə anadan olmuş Vahid adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan rayonunun İİ Şahsevən kəndində yaşayan Tələbkar verilsin. Təqdimata əlavə edilmiş 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-879/2021 saylı icra vərəqəsinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 12 iyul 2021-ci il tarixli, № 168313/2021-71-4-002 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədovun təqdimatı təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-879/2021 saylı icra sənədi üzrə borclu Ağdaş rayonunun Ağzıbir kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar