Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-21/2025 10.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 Rayon Notariat Kontorunun 7512 nömrəli, 30 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu X3 Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 Rayon Notariat Kontorunun 7512 nömrəli, 30 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu X3 Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göyçay Rayon notariat Kontorunin 7512 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X2 905.12 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X3 icra sənədində göstərilən Ağdaş şəhəri, Ləki qəsəbə Yeni Massiv ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2019-cu il tarixdə tərəfimdən qəbul edilərək borclu X3 Ağdaş şəhəri, Ləki qəsəbə Yeni Massiv ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu X3 məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin üzürlü səbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göyçay Rayon Notariat Kontorunun 7512 nömrəli, 30 oktyabr 2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, cavabdeh X2 BPM1809307 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 905 manat 12 qəpik və borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 925 manat 12 qəpik pul tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Göyçay Rayon Notariat Kontorunin 8i-7512 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 13 dekabr 2019-cu il tarixli, e161946/2019 nömrəli bildirişdən görünür ki, borclu X4 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclu X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov borclu X3 məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Göyçay Rayon Notariat Kontorunun 8i-7512 nömrəli, 30 oktyabr 2019-cu il tarixli icra qeydi üzrə Ağdaş şəhəri, Ləki qəsəbə Yeni Massiv ünvanında qeydiyyatda olan borclu X5 məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-21/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-21/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver