Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-210/2023 04.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli, 2(014)-2568/2017 saylı icra sənədi üzrə borclu X3 məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli, 2(014)- 2568/2017 saylı icra sənədi üzrə borclu X3 məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli, 2(014)-2568/2017 saylı icra sənədinə əsasən 1 ədəd YTO-1204 markalı traktor, 1 ədəd KR-4 markalı kotan və 1 ədəd KSD-24 markalı taxılsəpən X1 alınaraq saz vəziyyətdə "xxxx" ASC-yə təhvil verilməlidir. 11040.00 (on bir min qırx) manat əsas borc, 100 (yüz) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11170.00 (on bir min bir yüz yetmiş) manat məbləğində borc X1 alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Elektron İcra Sistemində borclu X3 məxsus Ağdaş rayonu, Cardam kəndi ərazisində 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 2.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması aşkar edilmişdir. Qeyd olunanlara əsasən borclu X2 Ağdaş rayonu Cardam kəndi ərazisində 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 2.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.705 ha hissəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-2568/2017 saylı icra sənədinə əsasən "xxxx" ASC ilə X4 arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 02 may 2014-cü il tarixli 672-L/14 saylı lizinq müqaviləsi ləğv edilsin, 1 ədəd YTO-1204 markalı traktor, 1 ədəd KR-4 markalı kotan və 1 ədəd KSD-24 markalı taxılsəpən X1 alınaraq saz vəziyyətdə "xxxx" ASC-yə təhvil verilməli, 11040.00 (on bir min qırx) manat əsas borc, 100 (yüz) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11170.00 (on bir min bir yüz yetmiş) manat məbləğində borc cavabdeh Ağdaş rayonu, Cardam kəndində yaşayan X1 alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İşin materialları ilə müəyyən edilir ki, X3 məxsus Ağdaş rayonu Cardam kəndi ərazisində 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 2.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, X2 əsas məşğuliyyət növü deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu X3 məxsus Ağdaş rayon Cardam kəndi kəndi ərazisində 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 2.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.705 hektar hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu X2 və onun 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu Cardam kəndi ərazisində yerləşən 2.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.705 ha hissəsinin üzərinə üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-210/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-210/2023
04.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver