Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-210/2025 12.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Borclu Elsəvər oğlundan 16 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, iki uşaq üçün cəmi 320 manat aliment məbləğinin indeksasiya olunaraq Borclu Elsəvər oğlundan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla , hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46(2025-ci il üçün 185 manat) misli həddində sabit pul məbləğində aliment tutulması baraədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrə ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu Elsəvər oğlundan 16 avqust 2023-cü il tarixdə başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, iki uşaq üçün cəmi 320 manat aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qətt edilmişdir.Hazırda xx.xx.2024-cu il tarixdə müəyyən olunmmuş alimentin indeksasiyası zərurəi yaranmışdır.Həmin dövrdə minimum əmək haqqı 345 manat olmuşdur.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun bəzi ərarlarında dəyişiklik edilməsi barədə 20 dekabr 2024-cu il tarixli, 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında bu açıq aşkar öz əksini tapmışdır.Bundan başa 2025-ci il tarixdə ölkə üzrə minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir.(Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamı). Hesab edir ki, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiya olunaraq müəyyən olunmuş minumum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilmişdir. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində icra məmuruna, borcluya və tələbkara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən icra məmuru, borclu və tələbkarın iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Məhkəməsinin 2(014)-1076/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Borclu Elsəvər oğlu ilə Tələbkar arasında qeydə alınmış 07 sentyabr 2012-ci il tarixdə Ağdaş rayon Ərəb Kənd İcra nümayəndəliyi tərəfindən ağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikah pozulması,tərəflərin birgə nikahlarından doğulmuş 02 yanvar 2014-cü il təvəllüdlü X5 anaları Tələbkar yanında saxlanılmaları, iddiaçı Borclu Elsəvər oğlundan 16 avqust 2023-cü il tarixdən başlayaraq 02 yanvar 2014-cü il təvəllüdlü X4 və 27 fevra 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 135 (yüz otuz beş) manat aliment tutularaq cavabdeh Tələbkar verilməsi qətt edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdaş rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(014)-1076/2023 nömrəli qətnaməsi dəyişdirilərək, iddiaçı X1 xx.xx.2023-cü il tarixdən başlyaraq 02 yanvar 2014-cü il təvəllüdlü X3 və 27 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutularaq cavabdeh Tələbkar verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla , iki uşaq üçün cəmi 320 manat müəyyən edilməsi qətt edilmişdir. İşin materiallarında olan AZE №18115204 saylı Şşəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Borclu Esləvər oğlu, anası Tələbkardır. İşin materiallarından olan xx.xx.2014-cü il tarxili AZ-İİİ № 249651 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası Borclu Esləvər oğlu, anası Tələbkardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 xx.xx.2023-cü il tarixdən başlyaraq 02 yanvar 2014-cü il təvəllüdlü X3 və 27 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutularaq cavabdeh Tələbkar verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla , iki uşaq üçün cəmi 320 manat müəyyən edilməsi qətt edilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinə əsasən Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Borclu Elsəvər oğlundan 16 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, iki uşaq üçün cəmi 320 manat aliment məbləğinin indeksasiya olunaraq Borclu Elsəvər oğlundan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla , hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 (2025-ci il üçün 185 manat) misli həddində sabit pul məbləğində aliment tutulması baraədə qərardad qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələblərinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Bu daha çox icra sənədində göstərilən tələblərin orada göstərilən üsul və qaydada icrasının mümkün olmadığı hallara aiddir. Həmçinin, belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar (məsələn, borclunun davranışı və s.) qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq, borclu qətnaməni könüllü icra etmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən Borclu Elsəvər oğlundan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay üçün 160 manat aliment məbləğinin indeksiya olunaraq Borclu Elsəvər oğlundan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay olkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,46 (2025-ci il üçün 184 manat) misli həddində sabit pul məbləğində aliment ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-232/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən Borclu Elsəvər oğlundan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay üçün 160 manat aliment məbləğinin indeksiya olunaraq Borclu Elsəvər oğlundan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay olkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,46 (2025-ci il üçün 184 manat) misli həddində sabit pul məbləğində aliment ödənilsin. Hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra miqdarı dəyişdirilmiş alimentin məbləği hesablansın. Borc bu qaydada ödənilmədikdə icra məmuru tərəfindən borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülsün. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-210/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-210/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver