Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-211/2025 19.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, Borclu məhkəmə qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hazırda Borclu ərizə ilə məhkəməyə müraciət edərək, 6933.22 manat borcun, həmçinin 89.33 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq "xxxx" KB ASC-yə verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2(014)-185/2025 saylı qətnaməsi üzrə icra icraatının hər ay 150 (yüz əlli) manat tutulmaqla hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı “Unibank" KB ASC ona qarşı “kredit müqaviləsi üzrə borc“ tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 6339 ÄZN əsas məbləğ üzrə, 586.22 AZN faiz və 89.52 AZN cərimə olmaqla, cəmi 7014.74 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 90.55 AZN məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Aygün Mürsəlova) 04 mart 2025-ci il tarixli e 2(014)- 185/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan xx.xx.2024-cü il tarixli, 164nkADJ/24 saylı kredit müqaviləsinə əsasən 6339 manat əsas məbləğ üzrə, 586.22 manat faiz və 8 manat cərimə olmaqla, cəmi 6933.22 manat borcun, həmçinin 89.33 manat ödənilmiş dövlət rüsumunun alınaraq 'Unibank“ KB ASC-yə ödənilməsi qət edilmişdir. X2 iştirak etmiş və döyüşlərdə yaralanmışdır. Hazırda İİ qrup əlildir. X1iu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Qubadlının azad olunmasına görə“, “Füzulinin azad olunmasına görə“. “Şuşanın azad olunmasına görə!’ və “Cəsur döyüşçü" medalları ilə. Azərbaycan Respublikasının Baş X5 sərəncamına əsasən ‘Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Onun gözündə zəiflik var, görməsi zəifdir. Ona görə hər işdə işləyə bilmir. Bütün vəziyyətini nəzərə almağınızı xahiş etmişdir. Həmin məbləği bir dəfəyə ödəməyə heç bir imkanı yoxdur. Ağdaş Rayon Məhkəməsinin 04 mart 2025-cı İİ tarixli e-2(014)-185/2025 saylı qətnaməsi üzrə icradan boyun qaçırmır, qeyd olunmuş məbləği ödəyəcəkdir. Borclu məhkəməyə ərizə təqdim edərək, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2(014)-185/2025 saylı qətnaməsi üzrə icra icraatının hər ay 150 manat tutulmaqla hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etsə də, halhazırda ərizə üzrə işin baxılmasını istəmədiyini bildirmişdir. Məhkəmə ərizəsini və iş materiallarını araşdıraraq hеsаb еdir ki, məhkəmə qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər borcluya qaytarılmalıdır. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 170.1-ci mаddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci mаddələrində göstərilən əsаslаr оlduqdа, məhkəmə bахışınа hаzırlığın icrааtı dаyаndırılа və yа хitаm еdilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər Borclu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məhkəmə qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-211/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-211/2025
19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver