Məhkəmə qərarları › İş №8(014)-215/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-215/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-215/2025 08.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, Abşeron Rayon Məhkəməsinin 2(012)-999/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 999/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə ki, işin materiallarında olan qətnamədən görünür ki, tərəflər arasında olan alimen tələbinə dair mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 2(012)-999/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnamənin icrasına nəzarət edən məhkəmə Abşeron Rayon Məhkəməsi olduğundan, rizəçi hazıki tələb ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 999/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizə geri qaytarılmalı, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 152.1.3, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-999/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizə geri qaytarılsın. Ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar