Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-221/2023 25.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, X1 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədinin hissə-hissə, yəni aylıq 200 manat olmaqla ödənilməsinə dair borclu X7 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə ərizə ilə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)- 361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədinin hissə-hissə, yəni aylıq 200 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X7 ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədinə əsasən iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Tələbkar ilə X4 birgə nikah dövründə əldə etdikləri 8000 (səkkiz min) manat dəyərində olan “Mercedes Benz C200” markalı ** HK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yarı dəyəri 4000 (dörd min) manat və 70,45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin X3 alınaraq Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsindən ona çağırış gəlmişdir. Belə ki, tələbkarın oğlu həmin avtomobili yararsız vəziyyətdə saxladığından həmin avtomobilə 3000 manata yaxın pul xərcləmişdir. Hətta ustalar tanışları olduğundan 1600 manat usta xərcini ondan almamışlar. Bu səbəbdən də maddi vəziyyəti tamamilə pisləşmişdir. Bundan başqa iddiaçının hazırda onun satılacaq daşınar və daşınmaz əmlakı yoxdur. Bu səbəbdən də həmin borcu bir dəfəyə ödəyə bilmir. Məhkəmənin qərarı ilə o, 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, üzərinə saat 23:00dan 07:00-dək Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Bu səbəbdən də işləməkdə çətinlik çəkir. Bundan başqa dəfələrlə əməliyyat olunmuşdur. İşləmək qabiliyyətini tamamilə itirmişdir. Buna görə də məhkəmə qərarı ilə 4000 manat pulu və 70,45 ödənilmiş dövlət rüsumunu ödəyə bilmir. Qətnamə üzrə borcunu aylıq hissəhissə olmaqla, hər ay 200 manat olaraq ödəyə bilir. Məhkəmə iclasında X7 izahatında məhkəmə qərarı ilə cəza çəkdiyini, bundan başqa ürəyi ilə bağlı xəstə oluğunu, bu səbəbdən də işləyə bilmədiyini, hazırda heç bir gəlirinin olmadığını, məsuliyyətini başa düşdüyünü, xx.xx.2023-cü il tarixdə tələbkara məhkəmə qətnaməsi üzrə olan borcundan 200 manat ödədiyini, qalan borcu da hər ay 200 manat olmaqla hissə-hissə ödəyə biləcəyini, qısa zaman ərzində isə qalan borcu başqa şəxsdən və ya bankdan borc alaraq bütöv ödəməyə çalışacağını, bütün bunları nəzərə alaraq ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində icra məmuruna və tələbkar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən icra məmurunun və tələbkarın iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar ilə X4 birgə nikah dövründə əldə etdikləri 8000 (səkkiz min) manat dəyərində olan “Mercedes Benz C200” markalı ** HK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yarı dəyəri 4000 (dörd min) manat və 70,45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin X3 alınaraq Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 7(014)-4/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəmsinin 1(014)- 110/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-in 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 (bir) gün hesabı ilə hesablanmaqla 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X4 üzərinə saat 23:00-dan 07:00dək Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, X6 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həyata keçirməsi, X6 göstərilmiş hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X5 "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməsi qərara alınmışdır. İşin materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş EXOkardioqrafiya müayinəsindən görünür ki, X4 PTCA + stent əməliyyatından sonrakı vəziyyəti ürək kameralarının ölçüləri və funksiyaları kafidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Göründüyü kimi borclu X4 borcu birdəfəyə ödəmək üçün maddi imkanı yoxdur, ondan icra sənədi üzrə borcun birdəfəyə tələb olunması icra sənədinin vaxtında və düzgün icra olunmasının təmin edilməsinə şərait yaratmayacaq, əksinə şəxsin özündən asılı olmayan səbəblərdən məhkəmə aktının icra edilə bilməməsi ilə nəticələnəcək. Lakin borc hissələrlə icra edilərsə, bu qətnamənin daha effektiv icrası üçün əsas olacaq. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədinin hissə-hissə, yəni aylıq 200 manat omaqla ödənilməsinə dair ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267- 268-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair X4 ərizəsi təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədi hər ay 200 manat məbləğində olmaqla icra edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-221/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-221/2023
25.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver