Məhkəmə qərarları › İş №8(014)-224/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-224/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-224/2024 26.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(014)-1068/2024/014 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1068/2024/014 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1068/2024/014 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Borclu 15000 (on beş min) manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1068/2024/014 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu 15000 (on beş min) manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1068/2024/014 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 14 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra qeydini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru tərəfindən 27 noyabr 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1068/2024/014 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx.xx.1979-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdaş şəhəri Y.Nəbiyevi küçəsi 20/7 nömrəli ev ünvanında yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar