Məhkəmə qərarları › İş №8(014)-226/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-226/2022

22.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-226/2022 22.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1046/2018 saylı 14 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən 29 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün cavabdeh Borclu hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Cavabdeh Borclu iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Borclu icra sənədi üzrə məbləği ödəməkdən və dəfələrlə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə çağırılsa da gəlməkdən boyun qaçırmışdır. İcra işinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 3/183820/2018 saylı icra işi üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1046/2018 saylı 14 avqust 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Ağdaş rayonu Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması haqqında qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1046/2018 saylı 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 29 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün cavabdeh Borclu hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməsi, cavabdeh Borclu iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru Ramin Abbasovun icraatına daxil olmuş, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş icra sənədi üzrə Borclu göndərilmiş, ona icra sənədi üzrə tələbin təmin edilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınmış, lakin Borclu borcunu ödəməmiş, aliment borcunun ödənilməsi ilə bağlı müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin borcun ödənilməsi ilə üçün borclunun adına hər hansı bir əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamə könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 3/183820/2018 saylı icra işi üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1046/2018 saylı 14 avqust 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar