Məhkəmə qərarları › İş №8(014)-233/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-233/2022

29.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-233/2022 29.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək icra sənədinin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ ilə Tələbkar məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsindən Borclu məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsindən istifadə Borclu qadağan edilməli, həmin torpaq sahəsində özbaşına tikili yaşayış evi Borclu hesabına sökülməlidir. Tələbkar vəkili və nümayəndəsi X1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən həmin torpaq sahəsi Borclu alqı-satqı müqaviləsi əsasında satılmışdır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına zərurət qalmamaışdır. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına xitam verilməlidir. Belə ki, işin materiallarında olan Tələbkar vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş **********172 saylı xx.xx.2022-ci il tarixli, məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından imtina etmiş, həmin sənədin icrasına zərurət qalmamaışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar