Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-233/2023 06.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 3003/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən cəmi 598 ABŞ olları borc ödəniş gününə məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat dövlət rüsumu müştərək qaydada X1 və Borclu alınaraq BOKT "xxxx" MMC-nə ödənilməlidir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-90/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-2103” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 2(014)-3003/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə borc tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “VAZ 2103” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ 2103” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC-in xx.xx.2023-ci il tarixli, məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-3003/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə borc tam olaraq ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus “VAZ 2103” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-233/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-233/2023
06.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver