Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-239/2023 06.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)-2438/2015 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)-2438/2015 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)-2438/2015 saylı icra sənədinə əsasən Borclu cəmi 4839.61 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-nə ödənilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. İş materiallarında olan 19 iyun 2013-cü il tarixli qızıl zinət əşyalarının götürülməsi haqqında aktdan görünür ki, Borclu məxsus çəkisi 15.6 qram olan 583 əyyarlı. 350 ABŞ dollları dəyərində olan kalye briliyantla 24 (iyirmi dörd) qaş 0.30 sot qızıl zinət əşyaları kreditin təminatı olaraq girov müqaviləsinə əsasən BOKT "xxxx" ASC-nin saxlancında saxlanılır. Qeyd olunanlara əsasən Borclua məxsus çəkisi 15.6 qram olan 583 əyyarlı. 350 ABŞ dollları dəyərində olan kalye briliyantla 24 (iyirmi dörd) qaş 0.30 sot qızıl zinət əşyalarının üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)-2438/2015 saylı icra sənədinə əsasən Borclu cəmi 4839.61 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-nə ödənilməlidir. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus 15.6 qram olan 583 əyyarlı. 350 ABŞ dollları dəyərində olan kalye briliyantla 24 (iyirmi dörd) qaş 0.30 sot qızıl zinət əşyaları vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus çəkisi 15.6 qram olan 583 əyyarlı. 350 ABŞ dollları dəyərində olan kalye briliyantla 24 (iyirmi dörd) qaş 0.30 sot qızıl zinət üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus çəkisi 15.6 qram olan 583 əyyarlı, 350 ABŞ dollları dəyərində olan kalye briliyantla 24 (iyirmi dörd) qaş 0.30 sot qızıl zinət əşyalarının üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-239/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-239/2023
06.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver