Məhkəmə qərarları › İş №8(014)-245/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-245/2022

02.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-245/2022 02.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-66/2021 saylı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-64/2021 saylı icra sənədləri üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-66/2021 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-66/2021 saylı icra sənədinə əsasən Borclu, Tələbkar məxsus Ağdaş rayonu, Türyançay qəsəbəsində yerləşən 0,1878 ha torpaq sahəsinin istifadə etdiyi 137 kv.metr (0,0137 ha) hissəsindən çıxarılmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu Borclu alınaraq, Tələbkar verilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc olan 71,20 manat Borclu alınaraq kadastr və yerqurluşu Lahiyə-Tədqiqat Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-64/2021 saylı icra sənədinə əsasən Borclu iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən Ağdaş rayonu, Türyançay qəsəbəsi ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, , Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-66/2021 saylı icra sənədinə əsasən Borclu, Tələbkar məxsus Ağdaş rayonu, Türyançay qəsəbəsində yerləşən 0,1878 ha torpaq sahəsinin istifadə etdiyi 137 kv.metr (0,0137 ha) hissəsindən çıxarılmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu Borclu alınaraq, Tələbkar verilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc olan 71,20 manat Borclu alınaraq kadastr və yerqurluşu Lahiyə-Tədqiqat Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-64/2021 saylı icra sənədinə əsasən Borclu iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4/100370 saylı qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov tərəfindən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-66/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 4/100370 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-64/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, № 106652/2022-71-4-002 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Mahir Abbasov tərəfindən xx.xx.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-66/2021 saylı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-64/2021 saylı icra sənədləri üzrə Ağdaş rayonu, Türyançay qəsəbəsi ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar