Məhkəmə qərarları › İş №8(014)-249/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-249/2022

16.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-249/2022 16.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-3789/2017 saylı 24 noyabr 2017-ci il tarixli icra vərəqəsi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına 16 avqust 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(014)-3789/2017 saylı qətnaməsinə əsasən 1785.61 manat əsas, 210.56 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2016.17 manat borcun Borclu oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə xeyrinə tutulması qət edilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, məhkəmə əmrinin icrası ilə bağlı Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də icra məmuru Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-3789/2017 saylı 24 noyabr 2017-ci il tarixli qətnaməsi üzrə borclu xx.xx.1968-ci il tarixdə anadan olmuş, Ağdaş rayonu Aşağı Zeynəddin kəndində qeydiyyatda olan Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Ağdaş rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar