Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-251/2022 17.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2572/2017 nömrəli 13 noyabr 2017-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun təqdimatına Ağdaş şəhərində 17 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun məhkəməyə təqdimatla müraciət edərək Borclu adına aşkar edilmiş VAZ- 21074 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, XTA**********7671 ban nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədov təqdimatı belə əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2572/2017 nömrəli 13 noyabr 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə borclu olduğu pulu tələbkar "xxxx" ASC-nin xeyrinə "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu 10 gün müddətində borcunu ödəməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, Borclu adına aşkar edilmiş VAZ-21074 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, XTA**********7671 ban nömrəli nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Bu səbəbdən də Ağdaş Rayon Məhkəməsinin 2(014)-2572/2017 nömrəli 13 noyabr 2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş VAZ-21074 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, XTA**********7671 ban nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq icra sənədi üzrə borcun həmin torpaq sahələrinə yönəldilməsi məqsədə uyğundur. Buna görə də təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuruna, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, icra məmuru, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, Borclu Ağdaş Rayon Məhkəməsinin 2(014)- 2572/2017 nömrəli 13 noyabr 2017-ci il tarixli icra sənədi üzrə tələbkar X1 olan borcunu ödəməmişdir. Borclu haqqında E-İcra sistemindən çıxarışdan görünür ki, Borclu adına VAZ-21074 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, XTA**********7671 ban nömrəli nəqliyyat vasitəsi aşkar edilmişdir. İcra haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra məmurunun təqdimatına əsasən borclunun əmlakı üzərinə, məhkəmənin qərardadına əsasən həbs qoyula bilər. Sadalananları və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-2572/2017 nömrəli 13 noyabr 2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına qeydə alınmış VAZ-21074 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, XTA**********7671 ban nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №8(014)-251/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-251/2022
17.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver