Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-254/2022 17.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi və Borclu iştrakı ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-579/2019 nömrəli 06 mart 2019-cu il tarixli icra vərəqəsi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun təqdimatına 17 avqust 2022-ci il tarixdə Ağdaş şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(014)-579/2019 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla müraciət etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(014)-579/2019 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və lakin icra şöbəsinə gəlməmmiş və tələbkara olan borcunu İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməmişdir. Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(014)-579/2019 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrasını ilə əlaqədar ona heç bir rəsmi bildiriş gəlməmiş, yalnız məhkəmə tərəfindən ona bildiriş gələn zaman ona məlum olmuşdur ki, sözü gedən qətnamənin icrası ilə əlaqədar Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimat verilmişdir. Qətnamənin icrasından boyun qaçırmır, qısa müddət ərzində qətnamə üzrə olan borcunu tam olaraq ödəyəcək, buna görə də barəsində verilmiş təqdimatın rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna və tələbkara məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun və tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-474/2021 saylı icra vərəqəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icraata başlamaq haqqında qərar, bildiriş göndərilsə də, həmin qərar və bildirişin borcluya təqdim edilməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, Borclu hərəkətlərində icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınma halı müəyyən olunmadığından Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimat rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: Təqdimat rədd edilsin. Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №8(014)-254/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-254/2022
17.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver