Məhkəmə qərarları › İş №8(014)-255/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-255/2022

17.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-255/2022 17.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-579/2019 nömrəli 06 mart 2019-cu il tarixli icra vərəqəsi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun təqdimatına 17 avqust 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(014)-579/2019 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla müraciət etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(014)-579/2019 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu X2 oğluna rəsmi qaydada qərar və bildiriş göndərilməklə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və lakin icra şöbəsinə gəlməmmiş və tələbkara olan borcunu İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməmişdir. Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-579/2019 nömrəli 06 mart 2019-cu il tarixli qətnaməsi üzrə borclu xx.xx.1975-ci il tarixdə anadan olmuş, Ağdaş şəhəri F.Səfərov küçəsi 1/21 nömrəli evdə qeydiyyatda olan Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Ağdaş rayon Polis şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar