Məhkəmə qərarları › İş №8(014)-258/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-258/2022

01.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-258/2022 01.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş rayon Məhkəməsinin 2(014)- 1458/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X6 cavabdeh Borclu arasında bağlanılaraq Ağdaş RİHB-in Güvəkənd kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 15 nömrə ilə qeydə alınmış nikah pozulmalıdır. xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2013-cü ildə anadan olmuş X2 anaları X1 yanında saxlanılmalıdır. Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2013-cü ildə anadan olmuş X2 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X3 xeyrinə hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat aliment tutulmalıdır. Borclu icra sənədi üzrə məbləği ödəməkdən və dəfələrlə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə çağırılsa da gəlməkdən boyun qaçırmışdır. İcra işinin icrasını təmin etmək məqsədi ilə borclular ölkədən getmək hüququ icra sənədi üzrə borc ödənilib qurtarana kimi məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunan icra sənədi 23 iyul 2021-ci il tarixində Ağdaş Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın sürəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işi Ağdaş Rayon Məhkəməsinin 2(014)-1458/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli icra vərəqəsi üzrə Ağdaş rayonu, Əmirarx kəndində yaşayan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması haqqında qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1458/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən mülki cavabdeh-təqsirləndirilən şəxs Borclu 16 iyun 2021-ci il tarixdən başlayaraq 07 dekabr 2010-cu ildə anadan olmuş X4 və 02 mart 2013-cü ildə anadan olmuş X2 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X3 xeyrinə hər ay hər uşaq üçün 130 manat cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq mülki iddiaçı-zərərçəkmiş şəxs X5 verilməsi barədə qətnamə qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra vərəqəsi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədov 26 avqust 2021-ci il tarixli qərarı ilə icraata başlanılmış və qərarın surəti icra sənədi üzrə Borclu rəsmi təqdim edilmiş, ona bildiriş verilmiş, borcunu ödəməsi barədə ona rəsmi xəbərdarlıq edilmiş və izahatı alınmış, lakin Borclu borcunu ödəməmiş, borcun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi üçün müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin Borclu adına borcun yönəldilə bilinəcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamələr könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işi üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1458/2021 nömrəli 23 iyul 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar