Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-27/2022 10.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafaevanın katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, 09.10.2020-ci il tarixli qərarla icraata başladığım Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)-1487/2020 nömrəli, 28.09.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 28 sentyabr 2020-ci il tarixdən başlayaraq 08 sentyabr 2018-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün X1 xeyrinə hər ay 150 manat aliment tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi 09.10.2020-ci il tarixində Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin vaxtdan bu vaxta kimi icra sənəsinin icrası tam təmin olunmamışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1ci maddəsini rəhbər tutaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 2(014)-1487/2020 nömrəli, 28.09.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Yenicə kəndində yaşayan cavabdeh Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Borclu 28 sentyabr 2020ci il tarixdən başlayaraq 08 sentyabr 2018-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün X1 xeyrinə hər ay 150 manat alimentin tutulması barədə Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)-1487/2020 nömrəli, 28.09.2020-ci il tarixli icra vərəqəsi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra məmuru Ramin Abbasovun 09.10.2020-ci il tarixli qərarı ilə icraata başlanılmış və qərarın surəti və tələbin könüllü surətdə ödənilməsi barədə bildiriş icra sənədi üzrə Borclu rəsmən təqdim edilmiş, borcunu ödəməsi barədə rəsmi xəbərdarlıq edilmiş və izahatı alınmış, lakin Borclu borcunu ödəməmiş, borcun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi üçün müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin Borclu adına borcun yönəldilə bilinəcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamə könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 355, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 2(014)-1487/2020 nömrəli, 28.09.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar üzrə Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-27/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-27/2022
10.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver