Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-272/2023 18.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-619/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)- 619/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-619/2017 saylı icra sənədinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə 30808,65 manat əsas borc, 5679,68 manat faiz borcu, 9979,15 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 46497,48 manat tutulmalıdır. Tələb ipoteka ilə yüklü edilmiş X1 məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, 169A ünvanında olan 1 mərtəbəli qeyri-yaşayış binasına (0,00758 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməlidir. Ağdaş şəhəri, H.Əliyev prospekti 169A ünvanında 0,00758 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 67,10 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (0,00758 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 65000 manat olmaqla açıq hərrac yolu ilə satılmalıdır. Satışdan əldə edilən pul vəsaiti Borclu "xxxx" ASC-yə olan borcun ödənilməsinə yönəldilməlidir. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasında artıq qalan hissəsi X1 qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat Borclu tutularaq aşağıdakı hesaba köçürülməlidir: Xidmət göstərən "xxxx" MMC, VÖEN: **********, hesab N AZN: AZ69ataz********************, Bank: "xxxx" ASC DOSTLUQ FİLİALİ” VÖEN: **********, Müxbir hesab: AZ50NABZ********************, KOD 512811, SVİFT: ATAZAZ22. Qeyd olunan borcun ödənilməsi ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməkdən boyun qaçırmışdır. “Elektron İcra İnformasiya” Sistemində Borclu məxsus “MİTSUBİSH CANTER HD” yük markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Borclu məxsus “MİTSUBİSH CANTER HD” yük markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(014)-619/2017 saylı icra sənədinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə 30808,65 manat əsas borc, 5679,68 manat faiz borcu, 9979,15 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 46497,48 manat tutulmalıdır. Tələb ipoteka ilə yüklü edilmiş X1 məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, 169A ünvanında olan 1 mərtəbəli qeyri-yaşayış binasına (0,00758 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməlidir. Ağdaş şəhəri, H.Əliyev prospekti 169A ünvanında 0,00758 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 67,10 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (0,00758 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 65000 manat olmaqla açıq hərrac yolu ilə satılmalıdır. Satışdan əldə edilən pul vəsaiti Borclu "xxxx" ASC-yə olan borcun ödənilməsinə yönəldilməlidir. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasında artıq qalan hissəsi X1 qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat Borclu tutularaq Xidmət göstərən "xxxx" MMCnin hesabına köçürülməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus “MİTSUBİSH CANTER HD” yük markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “MİTSUBİSH CANTER HD” yük markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-272/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-272/2023
18.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver