Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-275/2022 08.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 28 aprel 2022-ci tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 18 yaşına çatana qədər onların saxlanılması üçün iddiaçı X1 xeyrinə hər ay hər uşaq üçün 120 manat cəmi 240 manat (iki yüz qırx manat) aliment tutulmalıdır. İcra işinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 6/e96596 saylı icra işi Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması haqqında qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən mülki cavabdeh-təqsirləndirilən şəxs Borclu hər ay hər uşaq üçün 120 manat cəmi 240 manat məbləğində pul alınıb mülki iddiaçı-zərərçəkmiş şəxs X2 verilməsi barədə qətnamə qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra vərəqəsi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra şöbəsinin icra məmuru Ramin Abbasov xx.xx.2022-ci il tarixli qərarı ilə icraata başlanılmış və qərarın surəti icra sənədi üzrə Borclu rəsmi təqdim edilmiş, ona bildiriş verilmiş, borcunu ödəməsi barədə ona rəsmi xəbərdarlıq edilmiş və izahatı alınmış, lakin Borclu borcunu ödəməmiş, borcun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi üçün müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin Borclu adına borcun yönəldilə biləcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamələr könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 6/e96596 saylı icra işi üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-275/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-275/2022
08.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver