Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-28/2025 18.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Tələbkar iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-563/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-563/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 100 manat aliment məbləğinin indeksiya olunaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,769 (2025-ci il üçün 307,60 manat) misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 563/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda xx.xx.2018-ci il tarixdə müəyyən edilmiş alimentin indeksasiyası zərurəti yaranmışdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında bu açıq aşkar öz əksini tapmışdır. Öncə onu qeyd edir ki, 2018-ci il tarixdə ölkə üzrə minimum əməkhaqqının məbləğı 130 manat müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 3545 nömrəli Sərəncamı). Bundan başqa, 2025-ci il tarixdə ölkə üzrə minimum əməkhaqqının məbləğı 400 manat müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı). Belə olan halda hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı indeksasiya olunmalıdır. Məhkəmə iclasında Tələbkar izahatında ərizədə qeyd etdiklərini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində icra məmuruna və borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən icra məmurunun və borclunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-563/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Borclu 14 avqust 2017-ci tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanması üçün Tələbkar xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qeyd edilir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarda qeyd edilir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Göründüyü kimi tələbkarın indeksasiya olunmasını istədiyi məhkəmənin alimentlə bağlı qətnaməsi 2018-ci il mart ayında qət edilmişdir. Həmin vaxt Azərbaycan Respublikasında minimum əmək haqqı 130 manat olmuşdur. Buradan da aydın olur ki, həmin vaxt qət edilən alimentin miqdarı minimum əmək haqqının 0,769 (≈0,77) misli həddində olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-563/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu 14 avqust 2017-ci tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanması üçün Tələbkar xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırda tələbkar ərizə ilə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində tutulan alimentin indeksasiya olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələbinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinin tələbinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Tələbkar məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəsi təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)-563/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 267-268ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Tələbkar məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəsi təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)-563/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində indeksasiya olunsun. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-28/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-28/2025
18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver