Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-281/2023 20.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-2(117)-1383/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-2(117)-1383/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022ci tarixli, 2-2(117)-1383/2022 saylı icra sənədinə əsasən Borclu 100 manat pul tutularaq Azərbaycan Respublikası Dövlət Büccəsinə ödənilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Borclu məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063 MİNİK” markalı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara əsasən Borclu məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063 MİNİK” markalı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə müraciət edərək, təqdimatla aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət edəcəyinə nəzərə alaraq təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 151.1.9-cu, 263- 264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-2(117)-1383/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-281/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-281/2023
20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver