Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-292/2023 27.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin e- 2(014)-793/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin e-2(014)-793/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 793/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 536,13 manat sayğac göstəricisinə görə borc və 15 (on beş) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 551,53 (beş yüz əlli bir manat, əlli üç qəpik) manat tutularaq Tələbkarnə ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində Borclu məxsus **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21051 MİNİK” markalı avtomobili aşkar edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21051 MİNİK” markalı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda Borclu məxsus **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21051 MİNİK” markalı avtomobilin olduğu qeyd edilsə də, iş materiallarına həmin avtobilin mövcudluğu və ya Borclu məxsus olmasını təsdiq edəcək heç bir sənəd əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-793/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin e-2(014)-793/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-292/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-292/2023
27.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver