Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-299/2025 01.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Mustafayeva Ulduzə Mütdalif qızının katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-311/2025-013 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Ağdaş rayon İcrа və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-311/2025- 013 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 19 dekabr 2024-cü il tarixdən başlayaraq 20 mart 2018-ci il təvəllüdlü X2 və 27 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025ci il tarixdə tərəfindən qəbul edilərək Borclu ğlunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş təqdimat vermiş şəxsə, borcluya və tələbkara göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin e-2(014)-311/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 19 dekabr 2024-cü il tarixdən başlayaraq 20 mart 2018-ci il təvəllüdlü X2 və 27 oktyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üçün müəyyən olunmuş minimum əməkhaqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-311/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün Borclu 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Borclu xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə şəxsiyyətini təsdiq edən sənədlə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gəlməsi bildirilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Ağdaş rayonu Maşad kəndində yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3-cü maddəsinə görə, qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı və icra işinin materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqdimat rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yalnız üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq oluna bilər. İş materiallarına xx.xx.2025-ci il tarixli bildirişin, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətləri əlavə edilsə də, borcluya həmin sənədlərin təqdim edildiyini, çağırış üzrə gəlməkdən imtina etməsini təsdiq edən, eləcə də icra məmuru tərəfindən keçən dövr ərzində hər hansı icra hərəkətinin keçirilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Bundan başqa borclunun məcburi gətirilməsi barədə təqdimat xx.xx.2025-ci il tarixdə imzalanmasına baxmayaraq, təqdimata əlavə olunmuş sonuncu xəbərdarlıq müraciəti təqdimat tərtib olunduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə yazılmış, eyni zamanda xəbərdarlıqda çağırış müddəti 1 ay geri tarixə, yəni xx.xx.2025-ci il tarixə qeyd edilmiş, beləliklə də borclunun göstərilən xəbərdarlığı alması və orada göstərilən tarixdə çağırışa gəlməsi imkanı reallığı əks etdirmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Ramin Abbasov tərəfindən İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmiş, qəbul edilmiş icraata başlamaq haqqında qərar məlumat üçün borcluya göndərilməmişdir. Odur ki, təqdimata əlavə olunan sənədlər əsasında borclunun məcburi gətirilməsi üçün qanunda nəzərdə tutulan əsasların mövcud olduğunu müəyyən etmək mümkün olmadığından, məhkəmə təqdimatın rədd edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r а r а a l d ı: Ağdaş Rayon Məhkəməsinin e-2(014)-311/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarının icrası ilə bağlı Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Ramin Abbasovun təqdimatı rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №8(014)-299/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-299/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver