Məhkəmə qərarları › İş №8(014)-302/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-302/2023

11.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-302/2023 11.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Şikayət verən şəxs X9 nümayəndəsi X4, Hərəkətindən şikayət verilən şəxs Maraqlı şəxs1 icra məmuru X10 iştirakları ilə X16 tərəfindən verilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayətlə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra vərəqəsi üzrə Maraqlı şəxs1 hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-58/2020 saylı qətnaməsi ilə X11 ilə Maraqlı şəxs2 arasında nikah pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş, 170 manat alimentin tutulması qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin digər xx.xx.2021-ci il tarixli, 2(014)-4732/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, X32 Dairəvi yol, ev 22, mənzil 101 ünvanda yerləşən mənzilə tərəflərin ½ pay hüquqları tanınmış, mənzil üzrə ödənilmiş 43123 manat pulun ½ hissəsinin Maraqlı şəxs2 tərəfindən X6 ödənilməklə sonuncunun istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qətnamə ilə X3 Maraqlı şəxs2 235951 manat pulun tutularaq ödənilməsi də qərara alınmışdır. Sonuncu qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilməsinə baxmayaraq X11 ondan şikayət vermək imkanlarını itirmiş, beləliklə qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Maraqlı şəxs1nə icra vərəqəsi verilmişdir. Həmin icra şöbəsi növbəti dəfə qanuna uyğun olmayan hərəkət edərək akt tərtib etmiş X5 razılığı olmadan ona çatası evin dəyəri olan 21561 manat məbləği Maraqlı şəxs2 ödənilməli olan puldan çıxmış (əvəzləşdirmiş) beləliklə icra vərəqəsini həmin hissədə icra etmiş saymışdır. Daha sonra Sadıqov X17 Rayon Məhkəməsində iddia qaldıraraq X5 mənzildən çıxarılması barədə ərizə vermişdir. Hazırda mənzildə İsmayılova Jalə öz azyaşlı uşaqları ilə birlikdə yaşadığından və başqa yaşayış yeri olmadığından həmin iddia üzrə qarşılıqlı iddia vermiş, əmlakın ¾ hissədə ona və uşaqlarına, ¼ hissədə Maraqlı şəxs2 payın tanınması ilə mənzilin hərrac vasitəsilə satılması və ona düşən hissənin ödənilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddiaçının iddiası təmin edilmiş, İsmayılova Jalənin mənzildən çıxarılması və təhvil verilməsi qərara alınmışdır. Hazırda Maraqlı şəxs1 qanunsuz olaraq tərtib etdiyi akt üzrə icra işi Yasamal Rayon İcra Şöbəsinin icraatındadır. Hesab edirik ki, tərəfin razı olmadığı halda belə bir aktla borcun əvəzləşdirilməsi qanunsuzdur və buna görə icra məmurunun hərəkətləri qanunsuz sayılmalı, icra şöbəsinin üzərinə əmlakın dəyərinin yarısının ödənilməsi vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra vərəqəsi üzrə Maraqlı şəxs1 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. X1 nümayəndəsi X12 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında hərəkətindən şikayət verilən şəxs Maraqlı şəxs1 icra məmuru X18 şikayətin əsassız olduğunu, belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra vərəqəsinin Maraqlı şəxs1nə daxil olduğunu, tərəfindən 26 iyul 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini və həmin tarixdə də icra sənədi üzrə borcluya tələbin könüllü olaraq icra edilməsinə dair bildirişin göndərildiyini, tələbkarın Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək X16 tərəfindən ona ödənilməli olan 235950 manat puldan özü tərəfindən ödənilməli olan 21556 manat pulu çıxmaqla icra sənədinin könüllü icra müddətində ödənilməsini xahiş etdiyini, tələbkarın ərizəsi əsasında 17 avqust 2022-ci il tarixdə Maraqlı şəxs1 rəisi X19, böyük icra məmuru X18, icra məmuru X25, Maraqlı şəxs2 AR-İİ N:238565 nömrəli etibarnamə əsasında nümayəndəsi X7, hal şahidləri X15 və X20 iştirakları ilə borcların əvəzləşdirilməsinə dair akt tərtib olunduğunu, bundan sonra qalan borcun icra edilməsi üçün icra sənədinin 08 sentyabr 2022-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq aidiyyəti üzrə Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsin ə göndərildiyini, borcun ödənilməsinə dair qanun çərçivəsində bütün tədbirlərin görüldüyünü bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinələyib, şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X9 birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun ½ hissəsinin Maraqlı şəxs2 tərəfindən X13 ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi, Maraqlı şəxs2 məxsus 1 ədəd 2500 manat dəyərində nişan üzüyü X8 alınaraq Maraqlı şəxs2 verilməsi, birgə nikah dövründə əldə edilmiş hər birinin dəyəri 1250 manat olan 32 ədəd qızıl onluq, müvafiq olaraq dəyərləri 5000, 7000 və 8000 ABŞ dolları olan 3 ədəd brilyant komplekt, müvafiq olaraq dəyərləri 4500 və 5000 manat olan 2 ədəd qadın üçün qol saatı, hər birinin dəyəri 500 manat olan 5 ədəd qadın üçün qızıl bilərzik, hər birinin dəyəri 1500 ABŞ dolları olan 2 ədəd brilyant üzük, hazırkı bazar dəyəri 600 manat olan bir ədəd beşlik qızıl klon, hazırkı bazar dəyəri 1000 manat olan bir ədəd qızıl onluq klon, hazırkı dəyəri 4000 ABŞ dolları olan bir ədəd brilyant klon, hər birinin dəyəri 600 manat olan on ədəd qızıl sep, hazırkı bazar dəyəri 7.000 ABŞ dolları olan 150 qrama yaxın lom qızıl, ABŞ dollarının Azərbaycan manatına qətnamə qəbul edilən günə olan məzənnəsi nəzərə alınmaqla ümumi dəyəri 125900 manat olan qızıl-zinət əşyalarının ½ hissəsi, yəni 58700 manat pulun X8 alınaraq Maraqlı şəxs2 verilməsi, X9 borcu olaraq Maraqlı şəxs2 tərəfindən ödənilmiş pulun ½ hissəsi olan 10250 manat məbləğində pul X8 tutularaq Maraqlı şəxs2 ödənilməsi, kredit müqavilələri əsasında alınmış və evdə seyfdə olan 167000 manat məbləğində pulun X8 alınaraq Maraqlı şəxs2 verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Maraqlı şəxs1 icra məmuru Mahir Abbasov tərəfindən 26 iyul 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İşin materiallarında olan 26 iyul 2022-ci il tarixdə Maraqlı şəxs1 icra məmuru Mahir Abbasov tərəfindən borclu X13 tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İşin materiallarında Maraqlı şəxs2 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış 02 avqust 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Maraqlı şəxs2 X16 tərəfindən ona 235950 manat pulun ödənilməsini, eyni zamanda həmin icra sənədi üzrə özünün tərəfindən X13 21556 manat pul ödənilməli olduğunu bildirərək X16 tərəfindən ona ödənilməli olan 235950 manat puldan özü tərəfindən ödənilməli olan 21556 manat pulu çıxmaqla icra sənədinin könüllü icra müddətində ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İşin materiallarında olan 17 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, Maraqlı şəxs1 rəisi X19, böyük icra məmuru X18, icra məmuru X25, X14 AR-İİ N:238565 nömrəli etibarnamə əsasında nümayəndəsi X7, hal şahidləri X15 və X20 iştirakları ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı qətnaməsi üzrə icra sənədi üzrə Maraqlı şəxs2 icra müddətində Maraqlı şəxs1nə ərizə ünvanlayaraq icra sənədinin borclu olduğu hissəsinin tələbkar olduğu hissəsinə münasibətdə icra edilməsini xahiş etmiş, X13 rəsmi bildiriş göndərilsə də Maraqlı şəxs1nə gəlməmişdir. Maraqlı şəxs1 tərəfindən 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən, Maraqlı şəxs2 tələbkar olaraq X8 tələb etdiyi 235.950 manat məbləğində puldan həmin icra sənədinə əsasən ödəməli olduğu 21.561 manat pul çıxılmaqla (əvəzləşdirilməklə) icra sənədi həmin hissədə icra edilir və bu akt ünvan 3 ünvanda yerləşən mənzilə X9 hüquqlarına xitam verilməsi üçün əsasdır. Hazırkı aktla icra sənədinin Maraqlı şəxs2 ilə X9 birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43.123 manat pulun ½ hissəsinin, yəni 21.561 manat pul məbləği Maraqlı şəxs2 tərəfindən X13 ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilsin hissəsi icra edilir. Həmin akt adları qeyd olunmuş şəxslərin imzaları ilə təsdiqlənmişdir. İşin materiallarında olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Maraqlı şəxs1 icra məmuru Mahir Abbasov tərəfindən 08 sentyabr 2022-ci il tarixdə icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilmişdir. İşin materiallarında olan Maraqlı şəxs2 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış 02 avqust 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Maraqlı şəxs2 X16 tərəfindən ona 235950 manat pulun ödənilməsini, eyni zamanda həmin icra sənədi üzrə özünün tərəfindən X13 21556 manat pul ödənilməli olduğunu bildirərək X16 tərəfindən ona ödənilməli olan 235950 manat puldan özü tərəfindən ödənilməli olan 21556 manat pulu çıxmaqla icra sənədinin könüllü icra müddətində ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra sənədi icra edilməsi üçün Maraqlı şəxs1nə daxil olmuş, “İcra haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 26 iyul 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə də tələbin könüllü icra edilməsi barədə borcluya bildiriş göndərilmişdir. Bundan əlavə hərəkətindən şikayət verilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş işin materialları ilə müəyyən olunmuşdur ki, icra sənədinin icra edilməsinə dair qanuna uyğun olaraq hərəkətlər edilmiş və tədbirlər görülmüşdür. X16 icra sənədi üzrə borcların əvəzləşdirilməsinə etiraz etdiyini onunla əsaslandırmışdır ki, onun məlumatı olmamışdır. Lakin aktdan da görünür ki, X13 borcların əvəzləşməsinə dair məlumat verilməsinə baxmayaraq, X16 münasibət bildirməmişdir. Eyni zamanda sözü gedən əvəzləşməyə dair akt tələbkarın ərizəsi əsasında tərtib olunmuşdur. Şikayət vermiş şəxs isə icra məmurunun hərəkətinin qanunsuzluğuna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Qanunun 87-ci maddəsinə əsasən icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi icra məmurunun eyni icra sənədi üzrə tərəflərin qarşılıqlı olaraq öhdəliklərini əvəzləşdirmə qaydasında icra etməsi qanunla qadağan edilməmişdir, həmçinin, icra sənədinin vaxtında və obyektiv icra olunması baxımından da düzgündür. Belə olan halda məhkəmə hesab edir ki, X16 tərəfindən verilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X16 tərəfindən verilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayət təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar