Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-31/2024 18.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Ərizəçi Borclu, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2297/2016 nömrəli, 15 iyul 2016-cı il tarixli məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-2297/2016 nömrəli, 15 iyul 2016-cı il tarixli məhkəmə əmri ilə xx xxxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan Borclu və 15 iyul 1969-cu ildə Ağdaş rayonu, Qaradeyin kəndində doğulmuş, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan X1 müştərək qaydada Bakı şəhəri, Qarabağ küçəsi 31-də yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4753,96 ABŞ dolları məbləğində əsas borc, 1281,79 ABŞ dolları məbləğində faiz borcu və 165,17 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6200,92 ABŞ dolları (alt min iki yüz dollar, doxsan iki sent) ödəniş gününə məzənnə üzrə manatla və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırda Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2297/2016 nömrəli, 15 iyul 2016-cı il tarixli məhkəmə əmrinin icrasını təmin etmək üçün borcun hissə-hissə, hər ay 20 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2297/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən 6200,92 ABŞ dolları pulun Borclu, X1 tutularaq DəmirBank ASC-yə ödənilməlidir. Ağdaş rayon İcra və Probasiya şöbəsindən ona çağırış gəlmişdir. Bundan sonra araşdıran zaman ona məlum olmuşdur ki, onun banka 3782,68 ABŞ dolları borcu qalmışdır. Belə ki, banka olan borclarını ödəməməyə əsas səbəb ABŞ dollarının ölkədə devalvasiya olmasıdır. Eyni zamanda onların ailəsinin maddi vəziyyətinin tamamilə pis vəziyyətə düşməsidir. Əri X3 Müharibəsi veteranı olmaqla, İİ qrup əlildir. Bundan başqa ailə üzvləri 4 nəfərdən ibarətdir. İki oğlu əsgərlikdən yeni gəlmişdir. Digər oğlu əsgərliyə getməyə hazırlaşır. Əri işləyə bilmədiyi üçün o, və uşaqları işləyərək ailəyə baxırlar. Evlərində satılacaq hər hansı bir dəyərli əmlak yoxdur ki, sataraq banka ödəsinlər. İcra bölməsi tərəfindən Banka olan borclarını ödəmək təklif edildiyində o, bankın nümayəndəsi Aqşin müəllimin telefon nömrəsini taparaq ona zəng edib ailənin maddi vəziyyətinin pis olması barədə məlumat vermişdir. Bundan sonra Aqşin müəllimlə razılaşdıqdan sonra banka az-az ödənişlər etməyə başlamışdır. Lakin məhkəmə qərarı olmadığından icra şöbəsi borcun tam ödənilməsini tələb edir. Hesab edir ki, məhkəmə əmri üzrə borcunu aylıq hissə-hissə olmaqla, hər ay 20 (iyirmi) manat olaraq ödəyə bilər. Məhkəmə iclasında ərizəçi Borclu bildirdi ki, məhkəmə əmrinə əsasən borcundan hər ay 20 manat ödəyə bilər. Ərizəsinin təmin edilməsi zəruridir, çünki onun borcu hər ay onun qohumu olan zamindən tutulur. Zamin də ona haqlı narazılığını bildirir. Həmçinin, o, hazırda bankla arasında olan mübahisəni məhkəmədən kənar yolla həll etməyə çalışır və bunun üçün ona möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov bildirdi ki, hazırda həmin borc zaminin əmək haqqına yönəldilmiş və zamindən tutulur, Borclu ərizəsi əsassızdır, təmin olunmamasını xahiş edir. Məhkəmə ərizəni və işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. İşin materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2297/2016 nömrəli, 15 iyul 2016-cı il tarixli məhkəmə əmri ilə xx xxxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan Borclu və 15 iyul 1969cu ildə Ağdaş rayonu, Qaradeyin kəndində doğulmuş, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan X1 müştərək qaydada Bakı şəhəri, Qarabağ küçəsi 31-də yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4753,96 ABŞ dolları məbləğində əsas borc, 1281,79 ABŞ dolları məbləğində faiz borcu və 165,17 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6200,92 ABŞ dolları (alt min iki yüz dollar, doxsan iki sent) ödəniş gününə məzənnə üzrə manatla və 20 (iyirmi) manat ödənilmiş dövlət rüumunun tutulması əmr edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin 18 oktyabr 2023-cü il tarixli, **********102 nömrəli məktubundan görünür ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(014)-2297/2016 saylı məhkəmə əmrinə üzrə hazırda qalıq borcu 3782.68 (üç min yeddi yüz səksən iki dollar 68 sent) ABŞ dolları və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 4/83 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-2297/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu Feruz qızından və X1 müştərək qaydada cəmi 6200.92 ABŞ dolları ödəniş gününə əsasən məzənnə üzrə borc və 20 manat dövlət rüsumu tutularaq Dəmir Bank ASC-nin xeyrinə ödənilməlidir. Elektron İcra İnformasiya Sistemində borclu X2 13 saylı X10 Mərkəzində işləməsi müəyyən edilmişdir. Odur ki, Ağdaş rayon məhkəməsinin 2(014)-2297/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu X2 əmək haqqısından hər ay 50 faiz pul tutulub 435 ABŞ dolları icra ödənişini X13 rayon filialının VÖEN **********, hesab AZ15CTRE********************, Fond 7, təsnifat kodu 142330 ödənişini təyinatı yazılan hissəsinə Ağdaş rayon İcra və Probasiya şöbəsinin depozit hesabına sözləri yazılaraq köçürülməsini və qalıq 3782.68 ABŞ dolları pulu tutub Dəmir Bank ASC-nin hesabına köçürülməsini təmin edilməsini xahiş etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ərizəçi məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsində borcu hər ay 20 manat olmaqla, yəni hissəhissə şəklində ödəyəcəyini bildirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür.(“Stren” X12 Zavodu və X4rşı”, 09 dekabr 1994-cü il). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulacağını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-2297/2016 nömrəli, 15 iyul 2016-cı il tarixli məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-31/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-31/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver