Məhkəmə qərarları › İş №8(014)-31/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-31/2025

05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-31/2025 05.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-27/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X1nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)- 27/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək, iddiaçı X2 cavabdeh X8 qarşı “nikahın pozulması, uşaqların yanında saxlanılması və aliment tələbi” nə dair 2(014)-26/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnamənin alimentə dair hissəsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin təmin edilməsi, borclu X12 ilə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin indeksasiya edilərək sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli miqdarında (400 x 0.615 = 246) alimentin X6 tutularaq ona, yəni X2 xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-27/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X6 01 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-27/2023 saylı 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh xx.xx.1986-cı ildə Ağdaş rayonun Qolqəti kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan X12 ilə aralarında qeyd edilmiş 21 sentyabr 2011-ci il tarixli 259 nömrəli nikahları pozulmuş, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X7 cavabdehin, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 isə onun yanında və himayəsində saxlanılmış və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment qət edildikdən keçən müddətdə şərait dəyişmişdir. Ona görə də, “Azərbaycan Respublikası Ali MƏhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən alimentin məbləğinin indeksasiyalaşdırılmasına zərurəti yaranmışdır. Azərbaycan Respublikasında 2025-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Sözügedən qərar və qanuna əsasən hesab edir ki, ölkə üzrə minimum əmək haqqı 400 manat müəyyən edildiyindən bir nəfər uşağın saxlanılması üçün alimentin miqdarı indeksasiya edilərək cavabdehdən onun xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0.615 misli miqdarında (0.615 x 400 =246) müəyyən edilməlidir. Məhkəmə ərizə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar qeyd edilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizəyə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi X8 qarşı “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair” ərizə ilə müraciət etsə də, ərizədə borclu və maraqlı şəxs haqqında məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-27/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə və ərizəyə əlavə edilmiş sənədlər X1na geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar